Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 10:46:03
Erməniəsilli seçicilər seçkilərdə səs verə biləcək? - AÇIQLAMA

Erməni əsilli seçicilər Azərbaycan vətəndaşı kimi səsvermədə iştirak edə bilərlər.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

O qeyd edib ki, MSK seçicilər arasında fərq qoymur.

 

"Bizim üçün seçici var. Onları fərqləndirmirik. Qadınlar da, kişilər də, xaricdə yaşayanlar da, ölkədəki vətəndaşlar da eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir. Onların heç birinin üstünlüyü yoxdur", - Məzahir Pənahov belə deyib.