Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 12:46:09
Dərslik komplektlərinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Saytın qeyd edilən bölməsində yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy, irad və təklifləri xüsusi ayrılmış sahədə yazmaq, həmçinin [email protected] elektron poçt ünvanına göndərmək mümkündür.