Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 12:56:52
Fevralın ilk gününün hava PROQNOZU

Fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.