Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 13:40:33
Qubada 14 yaşlı qız faciəli şəkildə öldü

Qubada 14 yaşlı qız dəm qazından ölüb.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndində baş verib.

 

Belə ki, kənd sakini Ayla Vəlixanova dəm qazından zəhərlənmə diaqnozu ilə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, məktəbli qızın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma başlanılıb.