Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 09:32:38
Bakıda 11 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakıda 11 yaşlı qız dəm qazından boğularaq ölüb.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Xəzər rayonu Binə Südçülük savxozunda 2013-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Bundan başqa, Quba rayonu Xaltan kəndində yaşayan Sədaqət Ramazanova da dəm qazından boğulub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.