Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 16:23:00
Ətraf səssizliyə qərq olmuşkən, ruhun rəqs edirsə, yetərincə gəncsən  

Bədənin səndən icazə almadan yaşlanır. Lakin, ruhun sən icazə vermədiyin müddətcə yaşlanmaz. Ruhun - hiss etdiyin yaşdadır. Ətraf səssizliyə qərq olmuşkən, ruhun rəqs edirsə, yetərincə gəncsən.

 

Ruhun yaşlı doğular, getdikcə gəncləşər. Məhz, bu səbəbdəndir yaşlandıqca uşaqlaşır insan, deyirlər. Bədəninsə gənc doğulub getdikcə yaşlanar. Bu təzadın bir kəsişmə nöqtəsi vardır - GƏNCLİK.

 

Yeldən qanad taxıb, işıq sürətilə yarışan gənclik kimisi üçün 35-ində bitərkən, kimisi üçünsə 35-indən sonra başlayır. Üzündəki qırışlara, saçındakı bəyazlara rəğmən, ruhun ən çılğın şəklini sərgiləyirsə sən yetərincə gəncsən.

 

Boş ver yaşı, başı. Gözlərin gənc, ümidlərin körpə, xəyalların hələ tərdir. Gəncsən, insanoğlu. 17-ində də, 77-ində də. Sən güzgüdəkinə aldanma. İlləri utandırmamaq üçün hərəsindən bir iz almış, nəqş etmiş cisminə. Halbuki, ruhun hələ tər qönçə, otları hələ şehlidir. Qırışlara məhəl qoyma, bir az eşqdən, bir az dərddən, azmaz da sevincdən deyəsən kədərlidir.

 

Bugün sənin günündür, gənc insan. İllər illəri qovsa da, gəncliyin bakidir.

 

Leyla Camalzadə