
Hər gün müəyyən hadisələrla yadda qalır. Bunlar az və çox əhəmiyyətli olmaqla fərqlənir.
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.
9 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.
9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb:
Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan MR-ın idarəetmə qaydaları, hakimiyyətin bölgüsü və s. mühüm məsələlər Naxçıvan MR-ın Konstitusiyası ilə tənzimlənir. Bu konstitusiya Azərbaycan Respublikasının Konstitusiya Qanunu formasında qəbul edilir.
9 fevral 1987-ci ildə Dünya Səhiyyə Təşkilatı tütün məhsulları ilə mübarizə daxilində Siqareti Atma Günü elan etdi:
Ümumdünya Siqareti Tərgitmə Günü siqaret çəkmək vərdişi olan insanları siqaretin zərərləri haqqında maarifləndirərək bu asılılıqdan xilas etmək məqsədi daşıyır.
9 fevral 1995-ci ildə Azərbaycan və Bosniya və Herseqovina arasında diplomatik əlaqələr qurulub:
Bosniya və Herseqovina Azərbaycan Respublikasının müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, həmin gün iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycanın Bosniya və Herseqovinada Diplomatik Nümayəndəliyi 1 mart 2011-ci ildə təsis olunub.
9 fevral 2020-ci ildə Azərbaycanda Parlament seçkiləri keçirilib:
Seçkilərində iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. 1637 nəfər namizəd qeydə alınmış, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb. Xüsusilə, namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Belə ki, partiyanın qərarına tabe olmayan deputatlığa namizədləri dəstəkləməyəcəyini və partiya sıralarından xaric ediləcəyi ilə bağlı bəyanat verdikdən sonra namizədliyini geri götürənlərin sayı 95 nəfərdən 237-yə çatıb. Beləcə, namizədlərin sayı 1325-ə enib. Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil edirlər.