
Azedu.az Ədəbiyyat dərsliklərinin üz qabığındakı problemlərlə bağlı akademik Nizami Cəfərovun fikrini öyrənib.
Onun göstərdiyi əsas problemlərə şəxsi feysbuk hesabında münasibət bildirən təhsil eksperti Etibar Əliyev bildirib ki, bu akademikin elə özü ölkədə ən qüsurlu dərslik müəlliflərindən biridir:
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Nizami Cəfərovun müəllifi olduğu dərsliklərin monitorinqi zamanı “akademik” biabırçılıqlar üzə çıxarmışdı. Buyurun dostlar, siz də tanış olun...
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Azərbaycan dili” dərsliyi -2012-ci il nəşri: müəlliflər: Tofiq Hacıyev, Nizami Cəfərov
Məzmunun işlənməsi baxımından – 24 qüsur;
Dil və yazı üslubu baxımından – 10 qüsur;
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Azərbaycan dili” dərsliyi- 2014-ci il nəşri: Eyni müəliflər
Məzmunun işlənməsi baxımından – 22 qüsur
Dil və yazı üslubu baxımından – 7 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyi-2012-ci il nəşri: müəlliflər: Nizami Cəfərov, Teymur Kərimli
Məzmunun işlənməsi baxımından – 36 qüsur
Dil və yazı üslubu baxımından – 24 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyi - 2014-cü il nəşri: Eyni müəlliflər
Məzmunun işlənməsi baxımından – 17 qüsur
Dil və yazı üslubu baxımından – 14 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi- 2012-ci il nəşri: müəlliflər Tofiq Hacıyev, Nizami Cəfərov
Məzmunun işlənməsi baxımından – 31 qüsur
Dil və yazı üslubu baxımından – 17 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi- 2014-cü il nəşri: Eyni müəlliflər
Məzmunun işlənməsi baxımından – 17 qüsur
Dil və yazı üslubu baxımından – 6 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyi-2012-ci il nəşri: müəlliflər: Nizami Cəfərov, İsa Həbibbəyli və başqaları
Məzmunun işlənməsi baxımından – 15 qüsur
Üslub və qrammatik baxımından – 44 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyi -2014-cü il nəşri: Eyni müəlliflər
Məzmunun işlənməsi baxımından – 12 qüsur
Üslub və qrammatika baxımından – 11 qüsur”
Qeyd edək ki, AzEdu.az-a ədəbiyyat dərsliklərinin üz qabığı haqda danışan akademik Nizami Cəfərov əsasən kitabların üz qabığında klassiklərin rəsminin verilməsinin tərəfdarı olsa da, burada müəyyən həddi gözləmək lazım olduğunu bildirib. O, dərsliklərin üz qabığında dövrləşmə və xronologiyaya, ən böyük şəxsiyyətlərin çıxarılmasına diqqət edilməsinin vacibliyini vurğulayıb.