Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-02 09:02:46
“Tarixdə bu gün” - 29 fevral nə ilə yadda qalıb?

Tarixdə yaşananlar ya xoş, ya da acı xatirələrlə xatırlanır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

2 mart  tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

2 Mart – Ümumdünya Ucadan Oxu Günüdür:

 

Ümumdünya Ucadan Oxu Günü Söz, Kitab, Mütaliə bayramıdır. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı kimi göstərməkdir.Bu aksiyada iştirak etməklə insanlar dünyadakı bütün uşaqların savad alma hüququnu dəstəkləyirlər.

 

2 mart 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin üzvlüyünə qəbul olunub:

 

1992–1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər.

 

1995-ci ildə Azərbaycan və Burundi arasında diplomatik əlaqələr qurulub:

 

22 aprel 2019-cu il tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Hökuməti Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırılıb.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Burundi Respublikasının xarici işlər naziri Ezekel Nibiqiranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

 

2 mart 2018-ci ildə Bakı şəhərinin Respublika Narkoloji Mərkəzində yanğın baş verib:

 

Yanğın  saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş verib. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən olub.

Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib, 30 nəfər isə xilas edilib.