_774.jpg)
Cəmiyyətin ayrı-ayrı sahələrinə töhfə vermiş insanlar hər zaman yad olunur.
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasınl 7 mart tarixiylə əlaqəli şəxsiyyətlərə həsr edib.
7 mart tarixinə nəzər salaq.
7 mart 1908-ci il rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi Salam Salamzadənin doğum günüdür:
Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda almağa nail olur. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir. Salam Salamzadə daha sonra 1931-1932-ci illərdə aktyor və kinorejissor Rza Təhmasib, rəssam Rüstəm Mustafayev və gələcək həyat yoldaşı Qəmər Nəcəfzadə ilə birlikdə Moskva Dövlət Pedaqoji Universitetində pedaqoji təhsil almışdır. Hələ tələbə ikən "Şərq qadını", "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyir və illüstrasiyalar çəkir.
7 mart 1979-cu ildə Uran və Saturunun haqlaları olduğu barədə şəkillər yayıldı:
Amerika Birləşmiş Ştatlarının “Voyager-1” kosmik gəmisi Yupiter və Uran kimi Saturnun da halqalara malik olduğunu kəşf etdi və şəkillərini Yer kürəsinə göndərdi.
7 mart müasir Azərbaycan nəsrində müharibə mövzusunun nümayəndəsi, yazıçı Süleyman Vəliyevin xatirə günüdür:
Vəliyev Ramana məktəbində səkkiz illiyi yüksək qiymətlərlə bitirib. Deyilənlərə görə uşaqlıqdan oturaq işlərə, yazıb-oxumağa, xəyalpərəstliyə meyilli olub. Səkkizillikdən sonrakı təhsilini məşhur "Qulam şqolası"nda almışdır. Dövrün aparıcı məktəblərindən olan bu təhsil ocağında bilik toplamaq Süleymana ədəbi yaradıcılıqla məşğul olmaq üçün kifayət etmişdir. 30-cu illərdə neft mərkəzi olan Sabunçu rayonunun məktəbləri Mədəni İnqilabın əsas ocaqları idi. Burada ədəbiyyat, dram və musiqi dərnəkləri var idi. Sonralar S. Vəliyev bu məktəbin müdiri haqqında "Qulam müəllim" oçerkində bəhs etmişdir.
Süleyman Vəliyevin "Əmanət kassası" adlı ilk hekayəsi 1932-ci ildə "Hücum" jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olan Süleyman Vəliyev 1937-ci ildə hərbi qulluğa çağırılana qədər Lökbatanda çıxan az tirajlı "Neft uğrunda" qəzetində jurnalistlik fəaliyyətinə başlamışdır.
7 mart 1998-ci ildə azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim Nəsir İmanquliyev vəfat edib:
O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib. 1926-cı ildə Komsomol sıralarına qəbul edilib. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirib.
Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışıb.