Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 09:17:00
Dahilərin qəribə vərdişləri – Buzlu su ilə çimən, əsərlərini hamamda bəstələyən...

Tarixə qızıl hərflərlə öz adlarını yazan məşhur dahilər  maraqlı xüsusiyyətləri ilə də diqqət çəkir.

AzEdu.az dahilikləri ilə dünyada məşhurlaşan insanların bir qisminin qəribə, maraqlı xüsusiyyətlərini sizin diqqətinizə çatdırır.

İlk real telefonun ixtiraçısı kimi tanınan Aleksandr Qrem Bell ABŞ-ın telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan   “Bell Labs”  telefon şirkətinin qurucularından biri olub. O, gün ərzində 2-3 saat yatırdı. Bell bu cür vəziyyəti “Beynim çox qarışıq olur. Ağlıma bir düşüncə gələrsə, yadımdan    çıxacağından qorxuram” - deyərək açıqlayırdı.

Müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika ixtiraçısı Nikola Tesla olduqca dəyişik xüsusiyyətlərə malik olub. Onun narahatlıq qorxusu var idi. Dahi ixtiraçı zoğala və sırğalara əl vurmağa qorxurdu.

Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı  olan Albert Eynşteyn fərqli bir həyata sahib idi. O, elmə daha çox zaman sərf etmək üçün saçlarını kəsdirməyə bərbərə də getmirdi. Eynşteyn corab geyərkən bir-birinə uyğun olub-olmadığına da diqqət etmirdi.

Lüdviq van Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. Onun adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olub. Hamamda vaxt keçirməkdən böyük zövq aldığını və bunun həyatındakı vacib şeylərdən biri olduğunu  deyən bəstəkar, ən önəmli əsərlərini də məhz hamamda yaradıb.

Yaşadığı dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaradan ingilis yazıçısı Ceyn Ostin də dəyişik xüsusiyyətə malik olub. O, yazdığı əsərləri ailəsindən heç kimin görməsini istəmirdi. Ostin əsər yazarkən ailəsindən bir nəfər ona yaxınlaşanda, yazısını gizlətməyə çalışırdı.

Poetik və dramatik əsərləri ilə şöhrət qazanan böyük fransız yazıçısı Viktor Hüqo utopik realizmin ən nüfuzlu nümayəndələrindən biridir. Hər səhər yuxudan oyanan zaman iki çiy yumurta yeyən Hüqo   buzlu su ilə çimirdi. Yazıçı hər gün bərbərə gedərək saçını düzəltdirirdi.

Görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tven gecələri yata bilmirdi. Bəzən o,yorğun düşüb bir küncdə  yuxuya gedirdi. Onun  yaxınları bir neçə dəfə  məşhur yazıçının müxtəlif yerdə yuxuya getdiyini görüblər.

Qədim yunan filosoflarından biri olan  Pifaqorun da özünəməxsus, maraqlı xüsusiyyətləri olub. O, içərisində lobya olan yeməkləri, nəinki, yemir, hətta ona əlini vura bilmirdi. Rəvayətə görə,  Pifaqorun ölümünə səbəb məhz lobya olub.

Günel Yaşarqızı