Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 13:57:00
Tanınmış sənət adamları, dünya məşhurlarının ən çox sevdiyi kitablar – MARAQLI

Sənət adamları, ictimai şəxslər,  idmançılar, media nümayəndələrinin  məktəb illəri, təhsil uğurları ilə bağlı rubrikalara start verən AzEdu.az  bu dəfə dünya məşhurlarının sevdiyi kitabları diqqətinizə çatdıracaq:

Emma Uotson Böyük Britaniya   aktrisası  və fotomodelidir. Onun   ən sevdiyi kitab Antuan de Sent-Ekzüperinin  ən məşhur əsəri, alleqorik hekayə  janrlı “Balaca Şahzadə” əsəridir.   

Emma Uotson 2001-ci ildən başlayaraq,  “Harri  Potter”  filmlər silsiləsinin  hamısında   Daniel Radklif   və  Rupert Grintilə   yanaşı rol alıb. O, bu filmlər seriyasında yaratdığı   Hermiona Qreyncer   obrazı ilə məşhurlaşıb.

Türk kinosunun  parlaq simalarından biri olan Filiz Akının sevdiyi kitab isə Qabriel Qarsiya Markesin 1967-ci ildə nəşr olunan  “Yüz ilin tənhalığı” romanıdır.

Amerikalı müğənni və bəstəkar  Ledi Qaqanın   Rilkenin “Gənc şairə məktublar” əsəri onun ən sevimli kitabıdır.

Amerikalı siyasətçi Hillari Klintonun   ən çox sevdiyi əsər rus yazıçısı F.M Dostoyevskinin  “Karamazov Qardaşları” romanıdır.

Kanadalı  aktyor, komediya ustası və prodüser Cim Kerrinin sevdiyi əsər isə F.M Dostoyevskinin “Cinayət və Cəza” romanıdır.

Amerikalı məşhur aktrisa   Lena Dunhamın sevdiyi əsər müəllifi rusəsilli ABŞ yazıçısıVladimir Nabokov olan “Lolita” romanıdır.

Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti olan Barak Obamanın ən çox sevdiyi kitab isə Toni Morissonun “Solomonun Nəğməsi”dir.

"Pop Kraliçası" ləqəbli  Amerikalı  müğənni Madonnanın ən sevdiyi kitab  “Küləklə sovrulanlar” əsəridir.

 Amerikalı sahibkar, Facebook sosial şəbəkənin qurucusu olan  Mark  Zukerberqin sevdiyi kitab  Vergilinin  “Eneida” əsəridir.

Günel YAŞARQIZI