Vahid Qazməmməd oğlu Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində dünyaya gəlib. Ailədə 9 uşaq olublar.
1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirib. 1965-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, mühəndis-energetik ixtisasına yiyələnib.
1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb.
1967-1971-ci illərdə Bakıdakı Şmidt maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışıb.
1971-1972-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq, orada 1972-1977-ci illərdə sex rəisi vəzifəsində işləyib. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirib.
1981-1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışıb.
1983-1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olub.
1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü seçilib.
1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak edib, Azərbaycanın müstəqilliyinin lehinə səs verən 43 “istiqlalçı deputatlar”dan biri olub.
Azərbaycan Prezidentinin 23 aprel 1992-ci il tarixli, 694 nömrəli Fərmanı ilə Baş nazirinin müavini təyin edilib. 16 may 1992-ci ildə həmin vəzifədən azad edilərək, Baş nazirin birinci müavini təyin edilib. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənib. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənib.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli, 56 nömrəli Fərmanı ilə Baş nazirin birinci müavini vəzifəsindən azad edilib.
1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005, 2010 və 2015-ci illərdə isə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib.
Hazırda Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvüdür.
Vahid Əhmədov texnika doktoru, 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunub.
33 yaşında ailə həyatı qurub. İki övladı - 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.
“Şöhrət” ordeni ilə təltif olunub.
Bu şəkil orta məktəb illərində çəkilib. Sinif yoldaşlarımızla birlikdə “1 May”ı qeyd etmək üçün Təngə dağına gəzməyə çıxmışdıq. Soldan birinci mənim ən yaxın dostum Adildir. Ondan sonrakı sinif yoldaşım Heydər, mən və məndən sağdakı isə Mehdidir.
Yenə sinif yoldaşlarımızla çəkilən şəkil. Çox güman ki, 1964-65-ci illərə aiddir. Soldan ikinci mənəm. Sağdan birinci isə mənim ən yaxın dostum Adil.
Yenə sinif yoldaşlarımızla çəkilən şəkil. Çox güman ki, 1964-65-ci illərə aiddir. Soldan ikinci mənəm. Sağdan birinci isə mənim ən yaxın dostum Adil.