
2024-04-09 10:27:07
LDU-da Elmi şuranın yeni tərkibi təsdiqləndi
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. Şura iclasını Elmi şuranın sədri, prof. Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.
Bu barədə LDU-dan AzEdu.az-a xəbər verilib.
Bildirilib ki, elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “Lənkəran Dövlət Universitetinin Elmi Şurasının tərkibinin təsdiqi” olub. Bu barədə Baş elmi katib, dos. Allahşükür Quliyev məlumat verib.
“2023/2024-cü tədris ilinin yaz semestrinin gedişi. I kollokviumlara hazırlığın vəziyyəti və gedişi” haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun məlumatı dinlənilib.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2023/2024-cü tədris ilinin yaz semestrinin gedişi ilə bağlı məlumatı kollecin direktoru Leyla İbrahimova təqdim edib.Şura iclasında “Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi” ilə bağlı Baş elmi katib dos. Allahşükür Quliyevin məlumatı dinlənilib.
Elmi şurada cari məsələlər də gözdən keçirilib və müvafiq qərarlar qəbul edilib.Elmi şuranın sədri prof. Natiq İbrahimov iclasın sonunda şura üzvlərini, bütün LDU kollektivini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək xoş bayram arzularını çatdırıb.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51