
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
19 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.
19 aprel Ədalətli İdman Günüdür:
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. Qeyd edək ki, WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir.
19 apreld 1971-ci ildə dünyanın ilk qalıcı kosmos stansiyası “Solyut-1” fəzaya göndərildi:
Sovet İttifaqından“Solyut-1” oktyabra qədər kosmonavtlara ev sahibliyi etdi.
19 aprel 2016-cı ildə Bakıda Avtovağzal və Memar Əcəmi-2 metrostansiyasının açılışı olub:
Azadlıq stansiyası gələcəkdə Azadlıq meydanına kimi uzadılacaq. Sərnişinlər buraya Cavad xan metrostansiyasından gələ biləcəklər. İndiyədək Bakıda tikilən ən böyük stansiyadır.
Memar Əcəmi-2 stansiyası Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmayıb.
19 aprel 2002-ci ildə Azərbaycan və San-Marino arasında diplomatik əlaqələr qurulub:
Azərbaycan Respublikası və San Marino Respublikası arasında 5 sənəd imzalanıb.