_977.jpg)
2024-04-25 15:19:00
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb.
Modern.az xəbər verir ki, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə Şəmkir rayonuna getməsi məlum olub.
Goranboy və Şəmkir Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
(lent.az)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51