
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
2 may tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.
Mayın 2-i Ümumdünya Astma ilə Mübarizə Günüdür:
Bu günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Ümumdünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupunun formalaşdırılması ilə əlaqədardır.
2 May- Ümumdünya Ton Balığı Günüdür:
Bu qərar 2016-cı ilin dekabrında BMT Baş Assambleyasının qərarı ilə planetimizin əhalisinə bu növ balıqların dəyərini, qarşılaşdığı təhlükələri, iqtisadi və sosial faydaları barədə məlumatlandırılmaları məqsədilə qəbul edilmişdir.
2 may 1885-ci ildə Türkiyədə ilk rəsmi lisey açılıb:
Kastamonu Əbdürrəhman Paşa liseyi Türkiyədə açılan ilk rəsmi lisey sayılır.
2 may 1926-cı ildə Atlantik okeanının iki yaxası arasında ilk faks mesajı göndərilib.