Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-13 10:54:00
“Tarixdə bu gün” - 13 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

13 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

13 may 1096-cı ildə Azərbaycanda intibah dövrünün ilk qadın şairi, dahi rübai ustası, ilk şahmatçı qadın, N.Gəncəvinin müasiri Məhsəti Gəncəvi anadan olub.

 

13 may 1277-ci ildə Karamanoğlu Mehmet türkcəni dövlətin rəsmi dili elan edir:

 

Sarayın yazılı və şifahi danışıqlarında başqa heç bir dildən istifadə edilməyəcəyi haqqında fərman imzalayır.

 

13 may 2014-cü ildə Türkiyədə Soma kömür mədənində faciə baş verdi:

 

Hadisə nəticəsində 301 mədənçi öldü, 80-dən çoxu yaralandı. Türkiyə, Şimali Kıbrıs Türk Cümhuriyyəti və Pakistanda milli matəm elan olundu.

 

Mayın 13-ü Beynəlxalq Köçəri Quşlar Günüdür:

 

2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Əvvəlcə bu beynəlxalq tarix yalnız may ayında qeyd olunurdu, 2018-ci ildən isə ildə iki dəfə - may və oktyabrın ikinci şənbə günü keçirilir.