_467.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
17 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür:
Bayramın tarixi 1865-ci il mayın 17-də sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilmişdir.
17 may Beynəlxalq Uşaq Qaynar Xətləri Günüdür:
Mayın 17-də dünyanın əksər ölkələrində Beynəlxalq Uşaq Qaynar Xətləri Günü “Uşaqları birləşdiririk” devizi altında qeyd olunur.
Dünyada fəaliyyət göstərən uşaq qaynar xətləri il ərzində 11,4 milyon zəng qəbul edir. Bu xidmətin uşaqların həyatında mühüm rol oynadığını nəzərə alaraq, 80-dən artıq ölkədə fəaliyyət göstərən uşaq qaynar xəttini birləşdirən Beynəlxalq Uşaq Qaynar Xətləri (BUQX) təşkilatı yaradılmışdır.
2006-cı ildən Azərbaycan Uşaq Qaynar Xətt Xidməti (AUQXX) baş qərargahı Hollandiyanın Amsterdam şəhərində yerləşən BUQX təşkilatının tamhüquqlu üzvüdür.
17 may Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür:
O, Qarabağın mərkəzi Şuşada dünyaya gəlib. 1891-ci ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub, eyni zamanda, Sankt-Peterburq Universitetinin Şərq fakültəsində oxuyub.
Ə.Haqverdiyev “Leyli və Məcnun” operasının ilk tamaşasının dirijoru olub, “Molla Nəsrəddin” jurnalı ilə fəal əməkdaşlıq edib.
“Marallarım” silsilə hekayələri, “Xortdanın cəhənnəm məktubları” povesti, “Dağılan tifaq”, “Bəxtsiz cavab”, “Pəri-cadu”, “Ağa Məhəmməd şah Qacar” pyesləri XX əsr Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir.
Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası Azərbaycan teatrının inkişafında mühüm rol oynayıb.
17 may 1954-cü ildə ABŞ-da qara dərili uşaqların ağ dərili uşaqlarla eyni məktəblərə getmələrinə mane olan qanun ləğv olundu.
17 may 1995-cil tarixində Türk alpinist, yazıçı və fotoqraf Nasuh Mahruki bir ilki həyata keçirdi və dünyanın ən hündür yeri Everestə dırmanan ilk Türk və dünyadaki ilk müsəlman olaraq tarixdə öz yərini tutdu.