
2024-05-28 14:34:00
Məktəblilər arasında çempionat keçirilib
"Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatı keçirilib.
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, mayın 25-də məktəblilər arasında "Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
Çempionat respublikanın bütün rayonlarını əhatə etməklə paytaxtda və 11 regionda təşkil olunub.
Bakı şəhəri və regionlarda təşkil olunan çempionatda 130 komandanın tərkibində ümumilikdə 1000-ə yaxın məktəbli mübarizə aparıb.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etməkdir.
Bu bölməyə aid digər xəbərlər
Bağçalarda dezinfeksiya işləri: Uşaqlar xəstəliklərdən necə qorunur?
2024-09-10 10:18:00
Mütəxəssis: “Bağçalar uşaqlara yalnız bilik deyil, bacarıqlarda ötürür"
2024-07-11 14:24:42
Məktəblilər arasında çempionat keçirilib
2024-05-28 14:34:00
Bağça və məktəblər üçün ayrılan vəsait tam istifadə olunub
2024-05-23 12:09:15
Məktəb və bağçalarda yaz tətili başlayır - TARİX AÇIQLANDI
2024-04-26 09:00:21
Bağça müəllimlərinin sertifikasiyası: 6 minə yaxını təhsilsizdir...
2024-03-18 12:05:00
Azərbaycandakı özəl bağça və məktəblərin sayı MƏLUM OLUB
2024-01-18 14:10:29
Ağalıda uşaqların qar sevinci – FOTOLAR
2024-01-15 08:47:18
TƏBİB: Məktəb və uşaq bağçalarında nəzarət tədbirləri davam etdirilir
2023-12-27 14:37:11
Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir
2023-11-30 15:43:23