Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-10 10:18:00
Bağçalarda dezinfeksiya işləri: Uşaqlar xəstəliklərdən necə qorunur?

Məlumdur ki, məktəbəqədər təhsil müəssisələrində sentyabrın 1-dən etibarən təlim-tədris prosesi başlayıb. Bu aylarda əhali arasında infeksion, yoluxucu xəstəliklər yayılmaqdadır. Bu cür xəstəliklərdən ən çox əziyyət çəkən qisim məhz azyaşlılardır.

 

Bəs, bağçalarda dezinfeksiya işləri aparılırmı? Uşaqların xəstəliklərdən qorunması üçün hansı tədbirlər görülür?

 

Mövzu ilə bağlı AzEdu.az-a  məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova danışıb.

 

A.Əhmədova qeyd edib ki, bu məsələdə valideynlər məsuliyyətli olmalıdırlar:

 

“Bağçalar şirkət ilə müqaviləyə əsasən ayda iki dəfə dezinfeksiya olunur. Bundan əlavə biz öz tədbirlərimizi də görürük. Tibb bacısı səhərlər uşaqların istiliyinə, bədənindəki səpkilərə baxır.

 

Müəllimlərin isə filtir jurnaları var. Onlarda öz növbəsində uşaqları yoxlanışdan keçirir, gözdən qaçan nə isə olduqda dərhal tədbir görürlər. Həmçinin gündə 3 dəfə nəm əski ilə otaqların tozunun alınması, polların silinməsi aparılır. Axşam isə xlorlu məhlul ilə gündə 1 dəfə, 2 dəfə isə adi su ilə qapının tutacaqları, sonitar qovuşaq da dezinfeksiya olunur. Əsas məsələ budur ki, valideynlər məsuliyyətli olsunlar. Evdə uşaqlardan biri xəstədirsə artıq ikinci uşağı karantində saxlamalı, bağçaya gətirməməlidir”.

 

Həmsöhbətimiz qeyd edib ki, bəzi valideynlər uşaqlarının xəstə olduğunu gizlədirlər:

 

“Biz onlar ilə danışıqlar aparırq ki, uşaq evdə xəstədirsə mütləq ikinci uşağı izolyasiya etsinlər. Əgər evdə hava damcı yolu ilə keçən infeksiyon xəstəlik varsa, bu zamanı uşaqlar 1 həftə, 8 gün müddətində dərsə gələ bilərlər. Hava damcı yolu ilə keçən xəstəliklərə qızılca, suçiçəyi və s. aiddir. Evdə böyük bacı və ya qardaş bu xəstəliklərə yoluxubsa, uşaqların 1 həftə bağçaya gəlməsinə icazə verilir. Lakin ondan sonra həmin uşağın 21 gün müddətində evdə qalması tövsiyə olunur. 

 

Ümumiyyətlə valideynlər iki qrupa bölünür: Məsuliyyətli və Məsuliyyətsiz. Məsuliyyətli valideyn bu kimi işlərə diqqətli yanaşır. Məsuliyyətsiz valideyn isə gizlədir”.