Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 11:45:32
Ali məktəbləri bitirənlərin sayı açıqlanıb

Ötən il ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, 2021-ci ildə ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı 129 310 nəfər, 2022-ci ildə 131 641 nəfər, 2023-cü ildə isə 144 623 nəfər olub.

 

Həmçinin əlavə edilib ki, ölkə üzrə mövcud 51 ali təhsil müəssisəsində 2021/2022-ci tədris ilində təhsil alan tələbələrin sayı 212 173, 2022/2023-cü tədris ilində 222 809, 2023/2024-cü tədris ilində isə artaraq 231 437 nəfər olub. Ali təhsil müəssisələrini bitirən mütəxəssislərin sayı 2021/2022-ci tədris ilində 43 409, 2022/2023-cü tədris ilində 46 039, 2023/2024-cü tədris ilində isə 48 421 nəfər olub. Əhalinin hər 1000 nəfəri hesabı ilə ali təhsil müəssisələrini bitirən mütəxəssislərin sayı 2021/2022-ci tədris ilində 43, 2022/2023-cü tədris ilində 45, 2023/2024-cü tədris ilində isə 48 olub.