Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-01 12:32:38
Nazir: Qarabağ Universitetində bu ixtisas üzrə  “SABAH” qrupları olacaq

 

“SABAH” qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub. Bir ixtisas heç vaxt iki universitetdə olmayıb. “SABAH” qrupunun əsas fəlsəfəsi tələbələri bir ali təhsil müəssisəsində toplamaqdır.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil: “Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik”.