Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-01 14:30:00
Bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

 

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində uşaqların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


AzEdu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2015 və 2018-ci il təvəllüdlü uşaqları xilas ediblər.