Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-01 15:32:12
Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Sevimli məşğuliyyətinizin olması sizə təkcə həzz vermir, həm də sağlamlığınıza faydalı təsir göstərir. Bu nəticəyə İsveçdəki Karolinska İnstitutunun davranış genetikası üzrə dosenti Miriam Mosinq gəlib.

 

AzEdu.az xarici mediaya istinadla xəbər verir ki, isveçli alim “The Conversation” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, bir məşğuliyyətə həvəsli olan insanlar həyata daha çox bağlılıq sindromu yaşayırlar. Bu vəziyyət diqqətin tam konsentrasiyası, iş prosesində nəticəyə doğru irəliləmək və sonsuz imkanlar hissi ilə xarakterizə olunur.

 

Bununla yanaşı, Çinin Cənub-Qərbi Jiaotong Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya görə, sevimli məşğuliyyətin olması ürək və qan damarlarının fəaliyyəti ilə sıx bağlıdır.

 

Mosiniqin və komandasının apardığı digər tədqiqat isə daimi məşğuliyyəti olan insanların ürək xəstəliyi, depressiya, narahatlıq, şizofreniya və bipolyar pozğunluqdan əziyyət çəkmə ehtimalının daha az olduğunu göstərib. Tədqiqatçılar hesab edirlər ki, bu vəziyyət insana həm fiziki, həm də psixi sağlamlığa mənfi təsir göstərən stresin zərərli təsirlərinə qarşı müqavimət göstərməyə kömək edir.