Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-01 16:24:00
DİM-də 1 iyunla əlaqədar şənlik keçirilib

 

Dövlət İmtahan Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şənlik keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil olunub. Animatorlar və musiqili proqram balacaların sevincinə səbəb olub.

 

Tədbirdə şəhid övladları və Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının övladları iştirak ediblər.