Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-01 17:03:33
Yeniyetmə suda boğulub

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub.

 

AzEdu.az xəbər verir ki, Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürov kənddə yerləşən su bəndində boğulub.

 

Qeyd edək ki, yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.

 

Faktla bağlı araşdırma aparılır.