Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 12:49:56
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyunun 3-4-də bəzi dağlıq və dağətəyi rayonlarda, 5-6-da isə əsasən gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

 

Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.