Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-04 09:37:20
Qabiliyyət imtahanlarının nəticələri AÇIQLANIB

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 69 və 70-ci proqramları üzrə 1 iyun 2024-cü il tarixində keçirilmiş qabiliyyət imtahanlarının yekun nəticələri elan edilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

 

5 iyun 2024-cü il tarixində saat 11:00-dan 13:00-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 70-ci proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil olunacaq. 69-cu proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə imtahanların keçirilməsi qaydalarına uyğun olaraq həmin gün baxılıb.