_561.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
5 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür:
1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verildi. O vaxtdan etibarən bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb. Ətraf mühitin mühafizəsi və ekoloji problemlər bu gün Azərbaycanda da diqqət mərkəzindədir.
5 iyun 2005-ci ildə İsrafil Aşurlı Şimali Amerikanın ən yüksək dağı olan Denaliyə çıxan ilk azərbaycanlı olub:
Vinson massivini (4892 m) fəth etmiş və qitənin ən hündür nöqtəsini fəth edib. O, dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinist olub.
5 iyun 1992-ci ildə 1992 — Azərbaycan, Bolqarıstan, Norveç və Portuqaliya arasında diplomatik əlaqələr qurulub:
5 iyun 1967-ci ildə İsrail və Misir, İordaniya, Suriya arasında 6 günlük müharibə başladı. Müharibə Misir Hərbi Hava Qüvvələrini bir gün içində tamamilə məhv edən İsrailin üstünlüyü ilə sona çatdı.
5 iyun 1964-cü ildə Türkiyənin Kiprə (Kıbrız) müdaxiləsinin qarşısını almaq məqsədilə ABŞ prezidenti Lindon Beyns Concon (Lyndon Baines Johnson) Türkiyənin Kiprə qarşı NATO-dan aldığı silahlardan istifadə etməyəcəyini bildirən, içi təhdidlərlə dolu ağır bir məktub göndərdi:
Bu məktuba dövrün baş naziri İsmət İnönü "Yeni bir dünya qurular və Türkiyə bu dünyada öz yerini tutar" cümləsi ilə cavab verdi.