Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-06 09:11:00
Pirallahıda 3 yaşlı uşağı avtomobil vurub

Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, 2021-ci il təvəllüdlü Ə.M özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.

 

Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.