
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
6 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
6 iyun Beynəlxalq Rus Dili Günüdür.
6 iyun 1799-cu ildə rus şairi Aleksandr Sergeyeviç Puşkin dünyaya gəlib:
O,12 yaşında litseyə daxil olub. Burada təhsil aldığı illərdə ilk şeirlərini yazıb. 17 yaşında (1817) litseyi bitirən Puşkin Xarici İşlər Kollegiyasında çalışıb. 3 il sonra (1820) inqilabi ruhlu əsərlərinə görə Qafqaza sürgün edilib. “Qafqaz əsiri”, “Quldur qardaşlar” və “Baxçasaray fəvvarəsi” poemaları şairin həmin dövr yaradıcılığının məhsullarıdır.
Qafqazdan sonra Puşkin Pskov vilayətinin Mixaylovskoye kəndinə (1824) sürgün edilib. Burada “Qurana təqlid” şeirlər silsiləsini, “Yevgeni Onegin” mənzum romanının yeni fəsillərini və “Qraf Nulin” poemasını yazıb. Aleksandr Sergeyeviç Puşkin 1837-ci ildə dueldə ağır yaralanıb və bir neçə gün sonra vəfat edib. (1799-1837)
6 iyun 1920-ci ildə Zaqatalada yerli əhali Molla Hafiz Əfəndiyevin başçlığı ilə üsyana başladı:
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hökuməti qurulduqdan sonra ölkənin ayrı-ayrı bölgələrində bolşeviklərə qarşı müqavimət davam edirdi. Həmin il iyunun 6-da. Lakin heç bir kömək ala bilməyən bu üsyan 11-ci Qızıl Ordu tərəfindən amansızcasına yatırıldı.
6 iyun 2012-ci ildə günəş enerjisiylə çalışan ''Solar İmpulse'' təyyarəsi İsveçrədən Mərakeşə qədər 2500 kilometrdən uzun yolu uçdu:
Bu uçuş günəş enerjisi istifadə edilərək reallaşdırılan ilk qitələrarası uçuş olaraq tarixə düşdü.