Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-03 15:25:00
Bu bayram uşaqlarda travma yarada bilər

“Burada fiziki şiddəti, təcavüzü, insanlıqdan, mərhəmətdən kənar məqamları qeyd edə bilərik. Ona görə bu, xüsusilə, azyaşlı uşaqların psixologiyasına pis təsir edir. Şər qüvvələrə rəğbəti, onların xeyir qüvvələr üzərində qələbəsini tərənnüm edən ritualları bayram etmək düzgün deyil. Bu ideyaların təbliği həm uşaqlar, həm də böyüklərdə travma yarada bilər”.

AzEdu.az-ın məlumatına görə, bu sözləri psixoloq Fərqanə Mehmanqızı “Helloin”  haqqında danışarkən deyib.

O hesab edir ki, öncə bu bayramın mahiyyətini öyrənmək mütləqdir.

Psixoloq vurğulayıb ki, “Helloin” satana gecələrini (şeytana rəğbət) əks etdirir:

““Helloin”də hər kəsin üzünə keçirdiyi maska onun içindəki qara qüvvələrə olan münasibətini təcəssüm edir. Bu “bayram” heç də şənləndirmək, əyləndirmək, ruhu sakitləşdirmək mahiyyəti daşımır.

Mən, psixoloq kimi Helloin”in qeyd olunmasının qəti əleyhinəyəm. Rəhbərlik etdiyim psixoloji mərkəzə müraciət edən valideynlərə də “Helloin”i keçirməyi məsləhət görmədim. Bunun əvəzində, təklif edirəm ki,  valideynlər “Payız bayramı”na daha çox diqqət etsinlər, övladlarını buna yönləndirsinlər”.

Psixoloq onu da xüsusi qeyd edib ki, insanlar “Helloin”i mahiyyətinə varmadan, əslini bilmədən qeyd edirlər:

““Helloin” tərəfdarlarını sorğu-suala çəksək, görərik ki, məntiqi açıqlama, bu bayramı sevməyə səbəb gətirə bilmirlər. Sadəcə, həmrəylik psixologiyasına qoşulub, “bir neçə nəfər qeyd edirsə, mən niyə kənar qalım” fikri ilə, bir-birinin bəhsinə Helloin” keçirirlər. Onlar düşünürlər ki, beləliklə, olduğundan fərqli, qeyri-adi, cəlbedici görünə biləcəklər”.