_408.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
12 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
12 İyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür:
İlk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.
12 iyun 1933-cü ildə Azərbaycanın tanınmış teatr və kino aktyoru Hacıbaba Bağırov Bakıda dünyaya gəlib:
O, “Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Hacıkərimin aya səyahəti”, “Ulduz”, “Qaynana”, “Hicran” tamaşaları və bir sıra filmlərdə özünəməxsus komik obrazlar yaradıb. (1933-2006)
12 iyun 1990-cı ildə Rusiya rəsmi olaraq müstəqilliyini elan etdi.
12 iyun 2018-ci ildə Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Təbii Qaz Boru Kəməri – TANAP açıldı.