
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
13iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
13 iyu nBeynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür:
Bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub.
Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü 2015-ci ildən etibarən hər il qeyd edilir. Albinizm bu günədək istər sosial, istərsə də tibbi cəhətdən hələ də tam dərk edilməyib. BMT-nin İnsan Haqları Şurası bunu əsas götürərək 2013-cü ildə dövlətləri albinizmdən əziyyət çəkənlərə qarşı ayrı-seçkiliyin bütün növlərini ləğv etmək üçün təsirli tədbirlər görməyə çağırıb.
13 iyun 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradı:
Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır.
13 iyun 1891-ci ildə İstanbul Arxeologiya Muzeyi açıldı:
Bu muzey müxtəlif mədəniyyətlərə aid milyondan artıq qiymətli əsərlə dünyanın ən böyük muzeyləri arasında yer alır.
13 iyun 1966-cı ildə Vatikanda Roma papasının qərarı ilə “Qadağan olunmuş kitabların siyahısı” ləğv edildi:
Qeyd edək ki, bu siyahı 1557-ci ildən yazılırdı.