Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-14 10:28:29
4 ayda 104 əkiz, 45 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 33575 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb.

 

Dövlət Statistika Komitəsindən AzEdu.az-a verilən xəbərə görə, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.