Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-16 12:09:13
35° isti olub - Faktiki hava açıqlandı

Azərbaycanda faktiki hava açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, İyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.