_939.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
20 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
20 iyun Ümumdünya Qaçqınlar Günüdür:
2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.
20 iyun Qaz Sənayesi İşçilərinin Peşə Bayramıdır:
Azərbaycan prezidentinin 2006-cı il 12 iyun tarixli sərəncamı ilə 20 iyun ölkədə Qaz Sənayesi İşçilərinin Peşə Bayramı kimi qeyd olunur.
20 iyun 1924-cü ildə tanınmış ədəbiyyatşünas, professor Nazim Axundov 20-də Qarabağın mərkəzi Şuşada anadan olub:
“Molla Nəsrəddin” jurnalı tarixinin tədqiqi” mövzusunda namizədlik, “Azərbaycan satira jurnalları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Nazim Axundov Azərbaycan ədəbiyyatı və tarixi üçün həm də zamanında “Qarabağ səlnamələri”, iki cildlik “Qarabağnamələr”i yazıb. (1924-1994).
20 iyun Azərbaycan Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirə günüdür:
1992-ci ildə könüllü olaraq cəbhəyə yollanan Gültəkin əvvəlcə Turşsuda, sonra Şuşada gedən döyüşlərdə iştirak edib. Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində həkim kimi döyüşçülərə yaxından köməklik göstərib.
Gültəkin Əsgərova 1992-ci ilin bu günü Aranzəmin – Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə həlak olub. (1960-1992)