Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-21 14:59:00
BDU-nun müəllimi qəfil vəfat etdi - YENİLƏNDİ

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Lalə Hüseynovanın ölüm səbəbi məlum olub.

 

AzEdu.az xəbər verir ki, onun ölümünə səbəb Sumqayıtda,"Yaşma bağları" adlanan ərazidə qəzaya düşməsi olub.

 

Belə ki, Lalə Hüseynovanın olduğu minik avtomobili yük maşınına çırpılıb.

 

Hadisə nəticədə 1971-ci il təvəllüdlü Lalə Hüseynova elə hadisə yerindəcə həyatını itirib, daha 2 nəfər - Mina Aslanova və Könül Babayeva isə xəsarət alıblar.

10:30

 

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova vəfat edib.

 

AzEdu.az xəbər verir ki,bu barədə universitetdən bildirilib.

 

Lalə Hüseynova 1974-ci ildə Bakı şəhərində anadan b. 1991-1996-cı illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. O, 2004-2009-cu illərdə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının qiyabi aspirantı olub.

 

2009-cu ildə mikrobiologiya ixtisası üzrə fəlsəfə doktoru adı alıb. 2000-2013-cü illərdə BDU-nun Mikrobiologiya kafedrasında böyük laborant, 2013-2023-cü illərdə Torpaqşünaslıq kafedrasında böyük laborant, 2023-cü ildən Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi kimi çalışıb. O, 49-dan çox elmi məqalənin müəllifi olub.