Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-22 16:18:17
Vətən müharibəsi iştirakçısı 59 bal topladı

 

Vətən müharibəsi iştirakçısı Təbriz Nurəddinli müəllimlərin sertifikasiyası imtahanında 59 bal toplayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.


Bildirilib ki, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Təbriz Nurəddinli "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Laçının azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.