
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
24 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
24 iyun 1938-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin rəhbəri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub:
Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 1992-1993-cü illərdə Azərbaycan respublikasının prezidenti seçilib.
Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyədə vəfat edib, Bakıdakı Fəxri Xiyabanda torpağa tapşırılıb.
24 iyun 1818-ci ildə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarına görə, əhali və ordunun zəruri ərzaqla təmin edilməsi məqsədilə Ərzaq Nazirliyinin müvafiq sərəncamı olmadan istər zəruri ərzaq məhsulları, istərsə də ümumiyyətlə, hər hansı yükün Azərbaycanın hüdudlarından kənara çıxarılması qadağan edildi:
Bununla da bu dövrdə taxıl, un və bişmiş çörəyin möhtəkirlik məqsədilə alınıb-satılmasına yasaq qoyuldu.
24 iyun 1921-ci ildə azərbaycanlı alim və pedaqoq Əliheydər Həşimov anadan olub:
Bir müddət Qubadlıda müəllimlik edən Ə.Həşimov İkinci Dünya Müharibəsindən sonra təhsilini Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsində başa vurub, namizədlik və doktorlu disertasiyasıları müdafiə edib.
500-ə qədər elmi məqalə, 20-ədək dərs vəsaiti yazan Əliheydər Həşimov “Çağdaş Azərbaycanın pedaqoq alimləri”, “Pedaqogika”, “Azərbaycan xalq pedaqogikası”, “Pedaqogika tarixi” əsərlərinin həmmüəllflərindən biridir. (1921-1997)
24 iyun 1961-ci ildə 24 Almaniya Federativ Respublikası ilə Türkiyə arasında ilk əmək müqaviləsi imzalandı:
Bu razılaşmaya əsasən, Türkiyədın işçi qrupu Almaniyaya yola düşdü. Türkiyədən Almaniyaya ilk dəfə 400 işçi getdi və illər keçdikcə bu say çoxaldı.