Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-24 16:33:38
716 tələbə bu səbəbdən təhsil müəssisələrindən uzaqlaşdırılıb

2023-cü ildə 716 tələbə akademik borca görə təhsil müəssisələrindən xaric edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

 

Onlardan 583-ü bakalavriat, 77-si magistratura, 31-i tam orta, 25-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

 

Bundan əlavə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1952 tələbə təhsil aldığı təhsil müəssisəsindən xaric edilib. Onlardan 1420-si bakalavriat, 180-i magistratura, 206-sı tam orta, 146-sı ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.