
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
5 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
5 iyul 1881-ci ildə Azərbaycan dövlət xadimi Nəsib bəy Yusifbəyli anadan olub:
Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. O, orta təhsilini Gəncə gimnaziyasında alıb, 1902-ci ildə Odessaşəhərindəki İmperator Novorosiysk Universitetihüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməyib. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib.
5 iyul 1998-ci ildə Yaponiya Marsa kosmik gəmi göndərdi və ABŞ və Rusiyadan sonra kosmik tədqiqatlarda üçüncü ölkə oldu.
5 iyul 1954-cü ildə BBC ilk televiziya xəbər bülleteni yayımladı.
5 iyul 2019-cu ildə Adilə Mütəllibova vəfat edib:
Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi.
Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib.