Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-05 13:12:00
5 direktor işdən çıxarıldı
Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.
 
Bu barədə agentlikdən AzEdu.az-a bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.
 
Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.
 
Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.
 
Monitorinqlər davam etdiriləcək.