
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
8 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
8 iyul 1944-də SSRİ Ali Soveti Rəyasət Heyəti “Qəhrəman ana” fəxri adı və ordenini, eləcə də “Analıq şöhrəti” ordeni və “Analıq medalı”nı təsis etdi:
“Qəhrəman ana” ordeni 10 uşaq doğub tərbiyə edən analara verilirdi. İkinci Dünya Müharibəsindən sonra Azərbaycanda da “Qəhrəman ana” fəxri adına və ordeninə layiq görülənlər az olmayıb.
8 iyul 1909-cu ildə Azərbaycanın tanınmış dilçi alimi Əbdüləzəl Dəmirçizadə dünyaya gəlib:
Ə.Dəmirçizadə Azərbaycan ədəbi dili tarixi, müasir Azərbaycan dilinin fonetikası, üslubiyyəti, etimologiyası və başqa sahələrinə dair əsərlərin, o cümlədən orta və ali məktəb dərsliklərinin müəlifidir. (1909-1986)
1996-cı ildə Azərbaycan və Boliviyq arasında diplomatik əlaqələr qurulub.