Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-09 09:00:00
“Tarixdə bu gün” - 9 iyul...    

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
 
9 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

9 iyul Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılması günüdür:

 

1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.


9 iyul Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri, milli teatrın yaranmasında əvəzsiz xidmətləri olan Nəcəf bəy Vəzirovun xatirə günüdür:


N.Vəzirov 1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zərdabi ilə birlikdə Mirzə Fətəli Axindovun “Vəziri-xani-Lənkəran” komediyasını Bakıda tamaşaya qoyub.

Öz dram əsərlərində 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin həyatını parlaq boyalarla əks etdirən Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesi Azərbaycan teatrlarının repertuarında mühüm yer tutur. (1854-1926)


9 iyul həm də geologiya-minerologiya üzrə Azərbaycan alimi, professor Həsən Əhmədovun xatirə günüdür:

 

Yerin dərin qatlarının öyrənilməsi, Azərbaycanda mezozoy qatlarının neftlilik-qazlılıq problemlərinin tədqiqi, yeni neft yataqların açılması və elmi kadrların hazırlanmasında akademik Həsən Əhmədovun xidmətləri böyükdür. (1906-1984)


9 iyul 1595-ci ildə Astronom və riyaziyyatçı İohan Kepler (Johannes Kepler) o zamana qədər Günəş Sistemində təsbit edilən 6 planetin orbitləri haqqında ən doğru məlumatları ehtiva edən "Kainatın sirri" məşhur əsərini çap etdirdi.