Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-09 14:20:01
Bu tarixdən etibarən magistraturaya qeydiyyat aparılacaq

Bu gündən 18 iyuladək elektron qaydada magistraturaya qəbul olanların qeydiyyatı aparılır.

 

AzEdu.az xəbər verir ki, bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək lazımdır. Bakalavrların qeydiyyatdan keçməməsi bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

 

Qeyd zamanı tələb olunur:


-Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);
-Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;
-Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;
-3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;
-Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;
-Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

 

Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.