Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-20 11:01:43
Magistratura üzrə xaric olunan tələbələrin SAYI

Xəbər verdiyimiz kimi, 2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı məlum olub.

 

Belə ki, bu il dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.

 

Bəs, görəsən, magistratura səviyyəsi üzrə neçə tələbə ali təhsil müəssisəsindən xaric edilib?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, 2023-2024-cü tədris ilində dövlət təhsil müəssisələrindən 1953 olmaqla ümumilikdə isə 2266 tələbə xaric olunub.