Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-10 12:32:24
"Brend tələbə" "İlin tələbəsi" seçildi

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının məzunu Aysu Zamanova “İlin tələbəsi” seçilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin rəsmi feysbuk səhifəsində paylaşım edilib.

 

Aysu Zamanova 2019-cu ildə 646.3 balla SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına daxil olub. O, ali, eyni zamanda ixtisas birincisidir (96.43).

 

Təhsil aldığı müddətdə “TEKNOFEST-2022”nin finalçısı olub, “SOCAR Türkiyə”də Yay Təcrübə Proqramını keçib, ABŞ-nin Texas ştatında Dayanıqlı Elm və Mühəndislik üzrə Beynəlxalq Konqresdə (ICOSSE '23) iştirak edib, bp-nin (Future Female Talent Scholarsip) proqramının təqaüdünü qazanıb.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında I yerə layiq görülüb. Habelə SOCAR və  4SİM-in birgə təşkilatçılığı ilə keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunun qalibi olub. Bp şirkətindən iş təklifi alıb, hazırda dəyərləndirir.

 

Qeyd edək ki, o, 2022-2023-cü illərdə AzEdu.az və universitetlərin birgə təşkil etdiyi “Brend tələbə” layihəsinin qaliblərindəndir.