Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-12 12:31:21
Şəxsi kabinetin parolunu unutmuş şəxslər nə etməlidirlər? - İZAH

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Bəzi abituriyentlər şəxsi kabinetinin parolunu unutduğu üçün problemlərlə üzləşirlər. Hətta bir çoxları qeydiyyatdan keçərkən istifadə etdiyi elektron poçt və telefon nömrəsini də xatırlamır. 

 

Bu halda nə etməli?

 

AzEdu.az Təhsil Portalı şəxsi kabinetin parolunu bərpa etməyin üsulu barədə namizədlərə ətraflı məlumat verir.

 

Şəxsi kabinetin parolunu unutmuş şəxslər  ekabinet.dim.gov.az  saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir.

 

Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə şəxsiyyət vəsiqəsini gətirməklə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolu əldə edə bilərlər.

 

Qeyd edək ki, şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər.Burada imtahan nəticələri və digər məlumatlar öz əksini tapır. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif  ödəniş üsullarından  yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.